FSI tipli mühərriklərdə «farsunka»-ların sökülmədən təmizlənməsi

8dfb164s-960

AVTOMOBİLƏ QULLUQ


Liqui Moly Direkt Injection Reiniger

FSI tipli mühərriklər hər nə qədər performans baxımından seçilsələrdə bir o qədər də qulluq tələb edirlər və zaman keçdikcə müəyyən profilaktik işlər qaçılmaz olur. Əsas yaranan problemlərdən  soyuq mühərrikin qeyri stabil işləməsi, yanacaq sərfiyyatının normadan çox olması, ani sürətlənmədə qeyri-stabil iş və mühərrikin güc əmsalının azalmasını qeyd etmək olar.  Bütün bunların olmaması və ya yaranmış problemlərin həlli üçün yanacaq püskürtmə sistemini (farsunka) 50 min km intervalla təmizləmək lazımdı. Digər mühərriklərdən fəqli olaraq FSI tipli mühərriklərin yanacaq püskürtmə sistemində (farsunka) normal rejimdə 45-50 bar, pik nöqtədə isə 130-150 bar təyziq yaranır və bu sistemi təmizləmək üçün yüksək təyziqli xüsusi avadanlıqlar tələb olunur. Belə avadanlıqların cətin tapılmasını, «farsunka»-ların sökülmə prossedurunun uzun, əziyyətli iş olduğunu nəzərə alaraq alternativ metod olaraq Liqui Moly Direkt Injection Reiniger əlavəsini istifadə etməyi məsləhət görürük. Bu əlavə FSI tipli yüksək təyziqli mühərriklər üçün hazırlanıb və  bir ədədi 70 litr yanacaq üçün nəzərdə tutulub. Yanacağa əlavə olunduqdan sonra tam yanacaq bitənə qədər istifadə olunmalıdı (sonradan uzərinə yanacaq əlavə etmək olmaz). İstifadədən sonra soyuq halda olan qeyri-stabil yanma tam aradan qalxacaq, yanacaq sərfiyyatı normallaşacaq, mühərrikiniz daha stabil işləyəcək.

Əlavə qeyd — Bu qatqını istifadə etməmişdən qabaq yanacaq filterini dəyişməyiniz mütləqdir!

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *