Sadə mühərriklərdə «farsunka»-ların sökülmədən təmizlənməsi

liquimoly

AVTOMOBİLƏ QULLUQ


Liqui Moly Injection Reiniger

Avtomobilin ilk istismar müddətindən başlayaraq müəyyən zaman keçdikcə mühərrikinin yanacaq sistemində problemlər yaranmağa başlayır. Bu problemlərdən soyuq mühərrikin qeyri stabil işləməsi, yanacaq sərfiyyatının normadan çox olması, sürətlənmə zamanı qeyri-stabil işləmə,  silindirlərdə alışma problemləri və mühərrikin güc əmsalının azalmasını  qeyd etmək olar.  Bütün bunların olmaması və ya yaranmış problemlərin həlli üçün yanacaq püskürtmə sistemini (farsunka) 50 min km intervalla təmizləmək lazımdı. Bu təmizləməni heç bir mexaniki iş (farsunkaların sökülməsi) olmadan müəyyən qatqılarla həyata keçirtmək olar. Avtomobilinizin yürüş məsafəsindən aslı olaraq bu qatqılar tərkibinə görə dəyişir.

Liqui Moly Injection Clean Light — Yürüş məsafəsi 0-50.000 km olan avtomobillər üçün.
Bu qatqı əsasən profilaktik məqsəd daşıyır və mühərrikinizin yanacaq sistemində yaranmış və ya yaranmaqda olan yanacaq qalıqlarını məhlul halına gətirərək sistemdən xaric edir və bununlada yanacaq sistemini daim təmiz saxlamaqda kömək edir.

Liqui Moly Injection Reiniger Effectiv — Yürüş məsafəsi 50-100.000 km olan avtomobillər üçün.
Bu qatqı mühərrikinizin yanacaq sistemində yaranmış yanacaq qalıqlarını və çöküntüləri məhlul halına gətirərək sistemdən xaric edir və bununlada mühərrikin qeyri-stabil işləməsinə səbəb olan ilkin problemləri aradan qaldırır.

Liqui Moly Injection Reiniger High Performance — Yürüş məsafəsi 100-150.000 km və daha çox olan avtomobillər üçün.
Bu qatqı mühərrikinizin yanacaq sistemində yaranmış qatı çirklənməni, yanacaq qalıqlarını və çöküntüləri məhlul halına gətirərək sistemdən xaric edir və bununlada soyuq mühərrikin qeyri stabil işləməsi, yanacaq sərfiyyatının normadan çox olması, sürətlənmə zamanı qeyri-stabil işləmə,  silindirlərdə alışma problemləri və mühərrikin güc əmsalının azalması tipli problemləri aradan qaldırır.

İstifadə qaydası — Bu qatqıların bir ədədi 70 litr yanacaq üçün nəzərdə tutulub və yanacağa əlavə edildikdən sonra 70 litr tam istifadə olunmamış üzərinə yanacaq əlavə etmək olmaz.

Əlavə qeyd — Bu qatqıları istifadə etməmişdən qabaq yanacaq filterini dəyişməyiniz mütləqdir!

    1. Bəli, bu məhlulun bir qabı 70l yanacaq üçün nəzərdə tutulub yəni sizin yanacaq çəniniz 90l tutursa çəni tam doldurmaq lazım deyil. Yanacaq çəninə 70l yanacaq töküb üzərinə bu məhlulu əlavə edirsiz və bu 70l bitənə qədər yenidən yanacaq əlavə etmirsiz.

  1. Cende mutleq 70 litr yanacaq olmalidi,yoxsa az llsada olar?birde ki,yanacaq ceninin hecmi az olduqda ne etmek olar?bu qatqini elave etdikdeden sonra,masini surerek yanacaqin bitmesine qeder hereket etmek olar yoxsa dayanan halda tam serfiyyatini gozlemeliyik?

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *