Suallar

Volkswagen avtomobillərinə aid tez-tez verilən suallar və cavabları

Bu problemə adətən ZF firmasının 5HP19 model avtomatik sürətlər qutusunda rast gəlinir. Sürətlər qutusu yağını uzun müddət dəyişmədikdən sonra yağ dəyişildikdə sürətlər qutusu P-dən D-yə və 5-dən 4-ə qeyri stabil keçir. Buna səbəb N215 nömrəli yağın təyziq klapanıdı. Klapan dəyişildikdən sonra bu problem aradan qalxır. Əgər klapan dəyişilməmişdən qabaq sürətlər qutusunun yağı dəyişilibsə klapan dəyşildikdən sonra yağı dəyişməyə ehtiyac yoxdur. Detalın istehsalçı kodu ZF 0501 210 725.

Tire Pressure Monitoring (TPMS) təkərlərdə olan hava təyziqini yoxlayır. Bu sistemi söndürmək üçün mütləq VCDS və ya VAS / ODİS proqram təminatından istifadə etmək lazımdı. Bu prosedur modelə görə dəyişir və digər blokları sıradan çıxartmamaq üçün professional birinin etməsi məsləhət görülür.

Sürətlər qutusunun uzun ömürlü olmağını istəyisizsə hər 60 000 kilometrdə yağı dəyişməyiniz məsləhət görülür. Yağ seçərkən sürətlər qutusunun istehsalçısı tərəfindən məsləhət görülmüş yağlar istifadə olunmalıdı. Sürətlər qutusunun iş diapazonuna və istilik dərəcəsinə uyğun olmayan qatılıqda yağ seçdikdə bu sürətlər qutusunun qeyri stabil işləməsinə (əsasən soyuq halda) və zamanla sıradan çıxmağına səbəb ola bilər.

Rəsmi servisdən alınmış və servisdə dəyişilmiş mühərrik kəmərininə istehsalçı 100 000 km zəmanət verir. Praktikada avtomobilin üzərində olan kəmərlərin ayrı-ayrı hallarda 130-160 min km işləməsini də görmək olar. Lakin sonradan aldığınız brend və ya qeyri brend kəmərləri 50-60 min km-dən artıq sürməyiniz məsləhət görülmür. Mühərrik kəməri dəyişilərkən mütləq dəst (roliklər daxil olmaqla) şəklində dəyişilməlidir.

Bu problem istilik sistemi radiatorunun tutulması ilə bağlı olur. Avtomobilinizin istismar müddəti 10-15 il və daha çoxdursa radiatoru dəyişməyiniz məsləhət görülür. İstismar müddəti 5-10 il arası olan avtomobillərdə alternativ olaraq bu radiatoru təmizləmək mümkündü. Bunun üçün radiator ümumi sistemdən ayrılır və təmizlənir. İstismar müddəti 5 ildən daha az olan yeni avtomobillərdə Liqui Moly Kuhler-Reiniger tipli təmizləyici əlavələrdən istifadə etmək olar. Məhlul ümumi soyutma sisteminə əlavə olunur və mühərrik 30 dəqiqə yerində işləyir. Bundan sonra soyutma sisteminin mayesi tam boşaldılır və yenisi ilə əvəz olunur.

Əgər avtomobiliniz D və R rejimində dayanarkən titrəyir, N və P rejimində titrəmə kəsilirsə buna səbəb sürətlər qutusunun yastıqlarının sıradan çıxmasıdı. Bu detalı dəyişərkən titrəmənin tam aradan qalxası üçün orijinal detal almağınız məsləhət görülür.

Turbo matorlarda zaslonka və interkuller-in kanallarında cüzi miqdarda yağ olması normaldı. Əgər bu kanallardakı şlanqlardan yağ damcılayırsa və mühərrikinizdə yağ azalması varsa ilk növbədə membran yoxlanmalı və karter qazlarının xaric olunma sistemi təmizlənməlidi. Problem aradan qalxmasa turbonun pərlərində vertikal, qorizontal istiqamətdə boşluq olub-olmamasını və bypass klapanı yoxlayın. Membran və bypass klapan dəyişildikdə istehsalçı tərəfindən məsləhət görülmüş mühərrikinizə uyğun ən yeni versiyanı almağınız məsləhət görülür.

Volkswagen avtomobili alarkən bir çoxlarını maraqlandıran suallardan biri DSG yoxsa sadə sürətlər qutusu olan avtomobil seçməkdi! Bu sürətlər qutularının özlərinə məxsus müsbət və mənfi tərəfləri var.

DSG sürətlər qutusunun müsbət tərəfləri
Rahat - pillələr arası keçid hiss olunmur, mühərrik daha sakit və stabil işləyir
Qənaətli - sürətlər qutusu daima ən münasib dövrlərdə növbəti pilləyə keçməklə mühərrikin daha qənaətcil rejimdə işləməsini təmin edir
Adaptiv – sürətlər qutusu daim sizin avtomobili idarə stilinizə görə özünü tənzimləyir
Çevik – ani sürtələnmədə dartı gücündən aslı olaraq 2 hətta 3 pillə dəyişmklə lazım olan dartı qüvvəsini təmin edir

DSG sürətlər qutusunun mənfi tərəfləri
“Scepleniya” – adətən 50-100 000 km aralığında bu detal sıradan çıxır
“Mexatronik” - adətən 100-150 000 km aralığında bu detal sıradan çıxır
Təmir – bu sürətlər qutusunun detalları təmir xərcləri yüksəkdi

Sadə sürətlər qutusunun müsbət tərəfləri
Dözümlü - bu sürətlər qutusu uzun müddət yüksək dövrlərdə istismar oluna bilər
Etibarlı - sürətlər qutusu adətən 200-300 000 km problemsiz isləyir
Adaptiv – sürətlər qutusu sifirlandıqdan sonra sizin avtomobili idarə stilinizə görə özünü tənzimləyir
Təmir – bu sürətlər qutusunun detalları təmir xərcləri DSG ilə nisbətdə daha azdı

Sadə sürətlər qutusunun mənfi tərəfləri
Yağ – keyfiyyətli yağa çox həssasdı və keyfiyyətsiz yag istifadə olunduqda tez sıradan çıxır
Yağın təyziq klapanı – adətən 100-150 000 km aralığında bu detal sıradan çıxır
Soyutma sistemi – bu sürətlər qutusunun soyutma sistemi zəifdi və yüksək dövrlərdə normadan çox qızır

FSI (Fuel Stratified Injection) - Yanacağın birbaşa yanma kamerasına səthi püskürdülmə sistemi (2000-ci ildən etibarən)

TFSI (Turbocharged Fuel Stratified Injection) - FSI mühərrikin turbo əlavə olunmuş variantı (2004-cü ildən etibarən)

TSI (Turbo Stratified Injection) - FSI mühərrikin turbo əlavə olunmuş variantı (2006-ci ildən etibarən)

TSI (Twincharged Stratified Injection) - FSI mühərrikin turbo və mexaniki kompressor əlavə olunmuş variantı (2006-ci ildən etibarən)

2000-ci ildən istifadəyə verilən FSI mühərrikləri 2004-cü ildə turbo əlavə olunmaqla TFSI adını alır, 2006-cı ildən isə yenilənərək TSI adı ilə Volkswagen avtomobillərində istifadə olunur. Audi isə əvvəlki kimi TFSİ adından istifadə etməyə davam edir.